Erməni jurnalistdən vandal çağırış: "Birinci zərbədən yarım saat sonra həmin yeri təkrarən vurmaq lazımdır"
17 oktyabr 2020 21:05 (UTC +04:00)

Erməni jurnalistdən vandal çağırış: "Birinci zərbədən yarım saat sonra həmin yeri təkrarən vurmaq lazımdır"

 

Ermənistanın tanınmış qeyri-hökumət təşkilatı rəhbəri və Intellect.am saytının baş redaktoru Yeva Adamyan əsl erməni xislətinə uyğun status paylaşıb.

Lent.az-ın məlumatına görə, o statusunda mülki şəxslərin vurulması barədə belə yazıb: "Birinci zərbədən yarım saat sonra həmin yeri təkrarən vurmaq lazımdır. Daha çox insan ölsün, müharibənin acılarını yaşasınlar deyə".

Bu, erməni xislətidir. Bu, hələ jurnalist, vətəndaş cəmiyyəti institutu nümayəndəsi, qadın, məslək və cəmiyyəti mövqeyi hər kəsi sülhə, barışa, insanlığa qarşı humanizm və mərhəmət çağırmalı olan biridir.

Erməni cəmiyyətində təbliğatı bu vandallar, beyni zədəlilər, faşist təfəkkürlülər aparır.

Yatan körpəni, heç bir müharibədə iştirak etməyən qadını, qocanı, məktəblini öldürməyə çağıran bir zehniyyətlə nədən danışmaq olar?! Bunlarla hansı çözüm yolu tapmaq mümkündür? 

Mülki şəxsi öldürməyə, daha çox öldürməyə çağıran yalnız terrorçudur. Bunun adı təkcə bir millətə, bir xalqa yox, insanlığa nifrətdir. Bunun adı öz xalqını məhvə aparmaqdır.

Bu zehniyyəti, bu düşüncəni sonuna qədər məhv etmək lazımdır! Elə erməni cəmiyyətinin də xilası bundan keçir!

# 1081
avatar

Oxşar yazılar